“Qarabağ” qalib gəldi, “Neftçi” uduzdu

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk oyununda kubokun son qalibi “Qəbələ” doğma azarkeşləri qarşısında “Sabah”ı qəbul edib. Meydan sahibləri rəqib qapısından üç cavabsız qol keçirməklə, cavab matçından əvvəl böyük üstünklük əldə ediblər. Bu komandalar ötən mövsüm də kubokda qarşılaşmış və hər iki oyunda qələbə qazanan “Qəbələ” növbəti mərhələyə yüksəlmişdi.

Günün digər matçında isə 10 oyundur ki, Premyer Liqada qələbə qazana bilməyən “Səbail” “Zirə” ilə üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb.

1/4 final mərhələsinin ilk oyunlarına bu gün keçirilən 2 qarşılaşma ilə yekun vurulub. Günün ilk matçında “Neftçi” – “Sumqayıt”ı qəbul edib. Paytaxt təmsilçisi bu oyunda minimal hesabla uduzmaqla mərhələ adlamaq şanslarını azaldıb. Kubokun son finalçısı olan “kimyaçılar” isə səfər matçından sərfəli nəticə ilə qayıtmaqla yenidən yarımfinala çıxmağa yaxındı.

Günün son oyununda isə “Qarabağ” “Keşlə”ni sınağa çəkib. Premyer Liqanın lideri bu oyunda minimal hesabla qalib gəlib.

1/4 finalın cavab görüşləri dekabrın 19-u və 20-də oynanılacaq.

Azərbaycan kuboku, 1/4 final mərhələsi

15 dekabr

Qəbələ – Sabah 3:0
Qol: Klesio Bauk, 19; 44. Ülvi İsgəndərov, 87.
Qırmızı vərəqə: Ülvi İsgəndərov, 90+2 (“Qəbələ”)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu, 15:00

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 6. İbrahima Niasse, 19. Rövlan Muradov, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı
Baş məşqçi: Azər Bağırov

Sabah: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Dialo, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 19. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov, 21. Rocer Roxas, 26. Ozan Can Kökcü, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov
Baş məşqçi: Jelko Sopiç

______________________________________________________________________________

Səbail – Zirə 0:0
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”, 17:00

Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 21. Eriko da Silva, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 5. Vüqar Bəybalayev, 22. Mirabdulla Abbasov, 19. Ruslan Hacıyev, 3. Turan Manafov, 79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev

Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 4. Elvin Camalov, 27. Adrian Skarlatake (k), 18. Xulio Sezar Rodrigez, 23. Mfo Kqasvane, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov
Baş məşqçi: Zaur Həşimov

______________________________________________________________________________

16 dekabr

Neftçi – Sumqayıt 0:1
Qol: Rəhim Sadıxov, 48.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
8-ci km stadionu, 18:00

Neftçi: 1. Səlahət Ağayev (k), 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 18. Tural Axundov, 93. Soni Mustivar, 10. Dario Federiko, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 8. Emin Mahmudov, 19. Rauf Əliyev, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 56. Elton Əlibəyli.
Baş məşqçi: Roberto Bordin.
Sumqayıt: 1. Mehdi Cənnətov, 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.

______________________________________________________________________________

Qarabağ – Keşlə 1:0
Qol: İsmayıl İbrahimli, 53.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00

Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 11. Mahir Emreli, 10. Dani Kintana, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 3. Aylton Silva, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 11. Ruslan Qurbanov, 6. Rəşad Sadiqov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 7. Tural Bayramlı, 97. Xəzər Mahmudov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkbər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 90. Orxan Fərəcov, 77. Elmir Rəhimzadə, 13. Pərviz Azadov.
Baş məşqçi: Tərlan Əhmədov.