Azərbaycan güləşçilərindən Tiflisdə daha 2 medal

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “qran-pri” turniri davam edir.

Komanda.az xəbər verir ki, ikinci yarış günündə güləşçilərimiz daha iki medal qazanıb.

İslam Bazarqanov (57 kq) finalda Gürcüstan təmsilçisi Otari Qoqavaya 4:7 hesabıyla uduzub və gümüş medalı boynundan asıb. Yunan-Roma güləşçimiz Həsən Əliyev (77 kq) isə qırğız Kayratbek Tuqolbayevi 10:1 hesabıyla məğlub edərək bürünc medal əldə edib.

Qeyd edək ki, bununla “qran-pri”də medallarımızın sayı 8-ə çatıb.