Azərbaycan güləşçilərindən Braziliyada 3 medal

Braziliyanın Rio de Janeyro şəhərində çimərlik güləşi üzrə lisenziya xarakterli Dünya Seriyası turniri keçirilib.

Komanda.az xəbər verir ki, güləşçilərimizdən üçü yarımfinala vəsiqə qazanıb.

Kənan Əliyev (90 kq) yarımfinalda uduzsa da, İbrahim Yusubov (80 kq) və Oyan Nəzəriani (+90 kq) finala yüksəlib. Yekunda Əliyev bürünc, Yusubovla Nəzəriani isə gümüş medal qazanıb.

Xatırladaq ki, Portuqaliyadakı yarışda olduğu kimi, bu turnirdə də toplanan lisenziya xallarına əsasən payızda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına vəsiqələrin sahibləri müəyyənləşəcək.

70 kq
1-ci tur – Pənah İlyaslı – Levan Kelexşaşvili (GEO 0:1
2-ci tur – Pənah İlyaslı – Riis Uisli Hampri (USA) 1:5
3-cü tur – Pənah İlyaslı – Huqo Migel Da Silva Passos (POR) 5:0

80 kq
1-ci tur – İbrahim Yusubov – Georgios Koluçidis (GRE) 3:0
2-ci tur – İbrahim Yusubov – Joilson de Brito Ramos Junior (BRA) 3:0
3-cü tur – İbrahim Yusubov – Marselo Antonio Kastro (CHİ) 3:0
1/2 final – İbrahim Yusubov – Efe Sami Ünal (TUR) 3:0
FİNAL – İbrahim Yusubov – Davit Xutsişvili (GEO) 1:2

90 kq
1-ci tur – Kənan Əliyev – Vanderson Messias Da Silva Lima (BRA) 4:0
2-ci tur – Kənan Əliyev – Məhəmməd İnam (PAK) 0:1
3-cü tur – Kənan Əliyev – Murat Özkan (TUR) 2:0
1/2 final – Kənan Əliyev – Dato Marsaqişvili (GEO) 0:3
Bürünc medal görüşü – Kənan Əliyev – Qriqorios Kriaridis (GRE) +:-

+90 kq
1-ci tur – Oyan Nəzəriani – Mamuka Kordzaya (GEO) 1:2
2-ci tur – Oyan Nəzəriani – Gilyerme Evangelista Dias (BRA) 3:0
1/2 final – Oyan Nəzəriani – Yannis Karqiotakis (GRE) 3:0
FİNAL – Oyan Nəzəriani – Mamuka Kordzaya (GEO) -:+