Azərbaycan güləşçiləri Ukraynadan 6 medalla qayıdır

Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin tanınmış güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən beynəlxalq turnirə yekun vurulub.

Komanda.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə Azərbaycan yığması 4 medal qazanıb.

Sakit Quliyev (60 kq) gümüş, Murad Bazarov (60 kq), Kərim Cəfərov və Elman Muxtarov (hər ikisi 67 kq) isə bürünc medalın sahibi olub.

Bununla da millimizin qazandığı medalların sayı 6-ya çatıb. Belə ki, daha öncə Sənan Süleymanov (72 kq) qızıl, Zamir Məhəmmədov (97 kq) isə bürünc medal əldə etmişdi.

Xatırladaq ki, Memorialda beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyub.