AGF-dən Azərbaycan ordusuna maddi yardım

Azərbaycan Güləş Federasiyası (AGF) Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

Komanda.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Xəbərdə, AGF rəhbərliyi, federasiyanın əməkdaşları, yığma komandaların güləşçiləri, məşqçilər heyəti, həkimləri və masajçılarının əmək haqlarının müəyyən qismininin ordunun maddi-texniki təminatı üçün ayrıldığı bildirilib.

Toplanan vəsait Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürülüb.