Azərbaycan gimnastları Pamplonada bürünc medal qazandılar

İspaniyanın Pamplona şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid FIG dünya kuboku keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanı fərdi növdə təmsil edən Zöhrə Ağamirova halqa, top və lentlə hərəkətlərin icrasına görə, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri iki proqramda finala yüksəlib.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətlərin icrasına görə bürünc medallara layiq görülüblər.