Azərbaycan gimnastları finalda

Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə təsnifat mərhələsi başa çatıb.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov (təsnifat mərhələsi, 1-ci yer) və Mədinə Mustafayeva (təsnifat mərhələsi, 2-ci yer) fərdi proqram ilə yanaşı, qarışıq cütlük (təsnifat mərhələsi, 2-ci yer) kateqoriyasında final mərhələsinə vəsiqə qazanıb.

Mustafayeva, Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında (təsnifat mərhələsi, 2-ci yer) da finala adlayıblar.

Final mərhələsi avqustun 14-də keçiriləcək.