Azərbaycan gimnastından Universiadada gümüş medal

İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan daha bir medal qazanıb.

Komanda.az xəbər verir ki, bədii gimnastikanın fərdi yarışlarında Zöhrə Ağamirova çövnövçülük proqramında gümüş medala sahib olub.

4 hərəkətin cəmində 75,425 xal toplayan Ağamirova 32 iştirakçı arasında 2-ci yeri tutub. Qızıl medala 83,600 xalla rusiyalı Yekaterina Seleznyova, bürünc medala isə 72,600 xalla ABŞ təmsilçisi Laura Yihan Zenq layiq görülüb.

Hazırda Azərbaycan 2 qızıl (Nazim Babayev, Marina Nekrasova), 2 gümüş (Hidayət Heydərov, Zöhrə Ağamirova), 2 bürünc (Patimat Abakarova, cüdo üzrə milli komanda) medalla 17-ci pillədə qərarlaşıb.