Azərbaycan – Danimarka oyunu üçün slovakiyalı hakimlər

Qadınlardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Danimarka millisinə qarşı keçiriləcək oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Komanda.az xəbər verir ki, sentyabrın 21-də, “ASK Arena”da keçiriləcək Azərbaycan – Danirmarka qarşılaşmasını Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Zuzana Valentova olacaq. Ona Maria Sukenikova və Miroslava Pastorekova kömək edəcəklər. Ehtiyat hakim funksiyasını isə Maria Krcova yerinə yetirəcək.