Azərbaycan çempionatlarının başlayacağı vaxt bilindi

Futzal üzrə Yüksək, Birinci və İkinci liqalarda 2019-2020-ci il mövsümünün başlama tarixi müəyyənləşib.

Komanda.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Yüksək Liqaya sentyabrın 11-də start veriləcək. Birinci Liqanın oyunları isə iki gün ərzində keçiriləcək. Bu liqada oyunlar sentyabrın 13-də və 14-də başlayacaq. İkinci Liqada 1-ci turun görüşləri sentyabrın 15-də keçiriləcək.

Bütün liqaların oyunları Bakı İdman Sarayında keçiriləcək.