Azərbaycan çempionatının qalibləri bəlli oldu

Sumqayıt Olimpiya İdman Kompleksində kişilər və qadınlar arasında taekvondo üzrə Azərbaycan çempionatı başa çatıb.

Komanda.az xəbər verir ki, 100-dək idmançının mübarizə apardığı yarışda qadınlar arasında Sona Ağayeva (46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova (53 kq), Səidə Əliyeva (57 kq), Fatimə Məcidova (62 kq) qalib gəliblər.

Kişilərin mübarizəsində isə Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (68 kq), Məhəmməd Məmmədov (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq), Xəyyam Ağayev (+87 kq) qızıl medallara layiq görülüblər.