“Azərbaycan bizim üçün ən ciddi rəqibdir”

Futzal üzrə Slovakiya yığmasının üzvü Marko Qudaçek Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, Slovakiya Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Final mərhələsinə yollanmaq üçün əla şansımız var. Hazırda hamı bunu xəyal edir. Azərbaycan yığması qrupdakı ən ciddi rəqibdir. Baş məşqçi bizi bu komanda üçün hərtərəfli hazırlamaq istəyir. Artıq rəqibi analiz etmişik, inanıram ki, bizdə hər şey alınacaq. Qələbə istənilən uğurun təməlidir. Koronavirusa yoluxmuş futzalçılarımız vaxtında sağalsa və gənclər adaptasiya mərhələsini tez keçsələr, final mərhələsinə vəsiqə qazana bilərik. Çünki biz güclü komandayıq”.

Qeyd edək ki, yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Slovakiya matçına saat 18:00-da start veriləcək.