Azərbaycan badmintonçusu mübarizəni təsnifatda dayandırdı

Azərbaycan badmintonçusu Era Maftuha Sloveniyanın Maribor şəhərində keçirilən “YONEX Slovenia International 2022” turnirində iştirak edib.

Komanda.az xəbər verir ki, mübarizəyə təsnifat mərhələsindən başlayan Era qadın badmintonçuların şəxsi yarışı çərçivəsində ilk görüşündə indoneziyalı Ester Nurumi ilə qarşılaşıb.

Hər iki setdə rəqibinə uduzan (12:21, 8:21) Era mübarizəni erkən dayandırıb.