Azərbaycanlı şahmatçı karantində – 8 gündü

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov koronavirus pandemiyasına görə özünü izolyasiya edib.

Komanda.az xəbər verir ki, bu barədə tanınmış qrossmeyster sosial şəbəkə hesabı vasitəsilə məlumat paylaşıb.

33 yaşlı şahmatçı artıq 8 gündü karantində olduğunu bildirib.

Qeyd edək ki, Teymur Rəcəbov koronavirusa görə martın 15-də Rusiyanın Yekaterinburq şəhərində start götürən İddiaçılar Turnirindən imtina edib.