Ayxan Abbasovun dəhlizdə “üsyan”ı – “İnqilab, gecə-gündüz sənə qarğış edəcəm”

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 8-ci turunda “Sabah”a uduzub – 0:3.

Komanda.az xəbər verir ki, matçın baş hakimi İnqilab Məmmədov oyunun 11-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Murad Xaçayevə qırmızı vərəqə verərək, onu meydandan qovub.

Oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hakimin qərarına ciddi etiraz edib. O, oyundan sonra dəhlizdə bunları deyib:

“Bezdim artıq. Vallah, belələrinə görə bu sənəti atacam. Olmaz belə. Gəlsin, biri göstərsin ki, epizodda “qırmızı” var. İnqilab, gecə-gündüz sənə qarğış edəcəm”.