Ayxan Abbasovun cəzası açıqlandı – “Sumqayıt”a 5600 manatlıq cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 20-ci turunun “Qəbələ” – “Səbail” matçında  “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. 

Oyunun 73-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Bəhlul Mustafazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının 20-ci turunun “Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

“Neftçi”nin 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. 

Oyunun 78-ci dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.

Oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

Oyunun 82-ci və 84-cü dəqiqələrində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə klub 1600 manat cərimə olunur.

Birinci divizionun 18-ci turunun “Zirə-2” – “Zaqatala” matçında “Zirə-2” klubunun 4, “Zaqatala” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

Oyunun 87-ci dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 18-ci turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4, “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

“Turan Tovuz” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə klub  80 manat cərimə olunur.

Birinci divizionun 18-ci turunun “Səbail-2” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 59-cu dəqiqəsində “Qarabağ-2” klubunun futbolçusu Musa Qurbanlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 18-ci turunun “Şüvəlan” – “Neftçi-2” matçında “Şüvəlan” və “Neftçi-2” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

Oyunun 60-cı dəqiqəsində “Şüvəlan” klubunun futbolçusu Seyxan Fərəcov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Oyunun 86-cı dəqiqəsində “Neftçi-2” klubunun məşqçisi Fuad Əsədov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.

Xərək daşıyan şəxslərin yaşı əsasnaməyə uyğun olmadığına görə meydan sahibi klub 80 manat cərimə olunur.