Ayxan Abbasov: “Bu, əsas problemlərimizdən biridi”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yerli “Diyarbəkirspor” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyunla bağlı bunları söyləyib:

“Bu gün keçirdiyimiz oyun planda yox idi. Rəqib xahiş edincə, gənc futbolçuları da 90 dəqiqə meydanda görmək üçün razılaşdıq. Oyundan narazı qalmadım. Lakin xeyli qol epizodlarını dəyərləndirə bilmədik. Bu, həm Sumqayıtda, həm də burda keçirdiyimiz oyunlardakı problemlərimizdən biridi. Bunun üzərində işləməliyik ki, bu qədər qol epizodlarını boşa verməyək.

Ümumən hazırlığımız normal keçir. Qarşıda hələ iki yoxlama oyunumuz qalıb. Həmin oyunlarda əlimizdən gəldiyi qədər səhvlərimizi düzəldib, çempionata hazır vəziyyətdə Sumqayıta qayıdacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button