Ayxan Abbasov: “Bizə ancaq qələbə lazım idi”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesablı qələbəyə sevindikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Bu oyuna həqiqətən ciddi hazırlamışdıq. Komanda olaraq qələbəyə inanırdıq. Futbolçularda istəyi görürdük. Oyundan oyuna daha yaxşı oluruq, ancaq qələbə lazım idi. Bu zaman özünəinam artır. Oyunun gedişatı göstərdi ki, “Səbail” yaxşı komandadı. Rəqib bizə son 15 dəqiqədə çətinlik yaşatdı. İkinci dövrəyə qələbəylə başlamaq həqiqətən yaxşıdı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button