“Ayntraxt”ı “Maynts”a dəyişdi

Almaniyanın “Maynts” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Frankfurt “Ayntraxt”ının müdafiəçisi Danni da Kostanı heyətinə qatıb.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb.

Da Kosta bu mövsüm “Ayntraxt”da 7 oyuna çıxmışdı. O, 2017-ci ildən Frankfurt klubunun formasını geyinir.

“Bayer”in yetirməsi olan Danni da Kosta “İnqolştadt”da da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button