“Ayntraxt”dan “Fənərbaxça”ya – RƏSMİ

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun mərkəz müdafiəçisi Simone Faletteni sıralarına qatıb.

Bu barədə Super Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Rəsmi açıqlamada bildirilir ki, Falette satınalma hüququ ilə birgə mövsümün sonuna kimi icarəyə götürülüb.

“Loryan”ın yetirməsi olan fransalı futbolçu karyerası ərzində “Laval”, “Brest”, “Mets” klublarında da çıxış edib. O, 2017-ci ildən “Ayntraxt”da forma geyinirdi. Falette 2018-ci ildən etibarən Qvineya yığmasının uğurları üçün çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button