Ayaz Quliyevsiz “Spartak” “Zenit”ə məğlub oldu

Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Zenit”lə üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Ayaz bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Spartak” 18 turdan sonra 22 xalla 16 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.