“Ayaks”ın yetirməsi rəsmən İtaliya klubunda

İtaliyanın “Bolonya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Belçikanın “Brügge” klubunun müdafiəçisi Stefano Densvili transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı hollandiyalı futbolçu ilə müqavilənin detalları açıqlanmır.

Densvil “Ayaks”ın yetirməsidi. O, “Brügge”də 2015-ci ildən forma geyinirdi. Mərkəz müdafiəçisi Hollandiyanın aşağı yaş qrupları üzrə bütün komandalarında oynasa da, əsas millidə debüt etməyib.