“Hələ də inana bilmirəm, sanki yuxu görürəm”

“Ayaks”ın hücumçusu Sebastyan Haller Çempionlar Liqasının ilk turunda Portuqaliyanın “Sportinq” komandasına qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 5:1 hesabıyla bitən matçda 4 qol vuran Haller, bunları deyib:

“Hələ də inana bilmirəm, sanki yuxu görürəm. Çox xoşbəxtəm və bu gün bundan zövq almağa çalışacam. Çox emosional olmamağa çalışdım, amma belə matçlarda oynamaq bir xəyaldır.

Diqqətimi işimə yönəltmişəm. Bu gün bütün bunlara görə komanda yoldaşlarıma təşəkkür edirəm. Komandamız əla oynadı”.