“Ayaks”da mövsümün ən yaxşı futbolçusu bilindi

“Ayaks”ın heyətində 2018/19 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, Hakim Ziyex Hollandiya çempionunun heyətində geridə qalan mövsümün ən yaxşı oyunçusu seçilib. Bu barədə klubun rəsmi “tvitter” hesabı məlumat yayıb.

Ziyex cari mövsümdə 49 qarşılaşmada iştirak edərək, 21 qol vurub və 24 məhsuldar ötürmə edib. Mərakeşli futbolçu ardıcıl ikinci dəfə “Ayaks”da ilin ən yaxşısı seçilib.

“Ayaks” bu mövsüm Çempionlar Liqasında yarımfinal mərhələsində “Tottenhem”ə məğlub olaraq (ilk oyun 1:0, cavab oyunu 2:3) mübarizəni dayandırıb. Amsterdam təmsilçisi Hollandiya Erediviziyasında isə çempion olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button