“Ayaks”ın futbolçusundan “Real”la bağlı açıqlama

“Ayaks”ın futbolçusu Donni van de Beek “Real”a transfer olunacağı iddiaları haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi, Madrid klubuyla razılığa gəldiyi haqda xəbərləri yalanlayıb:

“Daim oynamaq istəyirəm. Hələ ispan dilini öyrənməmişəm. Heç bir klubla razılığa gəlməmişəm. Bilirəm ki, “Ayaks”da məni sevirlər, mən də bu klubu sevirəm. Düşünüb, dəyərləndirməliyəm. Nələr olacağını bilmirəm. Oynayacağım komandanın sisteminə uyğun olmalıyam və nə qədər şans qazanacağımı da bilməliyəm”.

İspaniya mətbuatı Van de Beekin “Real”a transfer olunacağını iddia edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button