“Tottenhem” “Real”la “yarışa girdi” – “Ayaks”lı üçün

“Ayaks”ın futbolçusu Donni van de Beek qış fasiləsində Niderlandı tərk edə bilər.

Komanda.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçiyə “Real”dan sonra “Tottenhem” də “elçi düşüb”. Bu barədə Niderlandın “De Telegraaf” nəşri məlumat yayıb. Xəbərdə, artıq London təmsilçisinin “Ayaks”a Donni üçün rəsmi təklif göndərdiyi bildirilir.

Bir müddət əvvəl İspaniya mətbuatı “Real”ın niderlandlı yarımmüdafiəçi üçün 55 milyon avro təklif edəcəyini iddia edirdi.

“Ayaks”da bu mövsüm 22 oyuna 7 qol vurub, 6 məhsuldar ötürmə edən Donninin müqaviləsi 2022-ci ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button