“Şaxtyor”dan 18 milyon avroluq transfer

“Ayaks”ın futbolçusu David Neres karyerasını Ukraynada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu “Şaxtyor”la razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Neres yaxın zamanda “Şaxtyor”la müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalayacaq.

Donetsk təmsilçisi braziliyalı oyunçu üçün “Ayaks”a 18 milyon avro ödəyəcək.

Neres bu mövsüm “Ayaks”la 22 oyunda 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button