“Nyukasl”a niyə gedim?”

“Ayaks”ın baş məşqçisi Erik ten Haq İngiltərənin “Nyukasl” klubu haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, bir müddət əvvəl Premyer Liqa klubundan aldığı təklifi rədd etməsinin səbəbini açıqlayıb:

“Ayaks”da işlərim yaxşıdır, burda xoşbəxtəm. Rəhbərliklə də münasibətlərim yaxşıdır. “Nyukasl”a niyə gedim?”

“Nyukasl” klubunun rəhbərliyi komandanın baş məşqçi postu üçün bir müddət əvvəl Erik ten Haqa təklif göndərib, amma “yox” cavabı alıb.

Erik ten Haq 2017-ci ildən “Ayaks”ı çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button