Ziyex “Çelsi”yə gedir – açıqlama

“Ayaks”ın baş məşqçisi Erik ten Haq Hakim Ziyexin “Çelsi”yə transfer olunacağı iddiaları haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, tərəflər arasında danışıqların getdiyini bildirib:

“Danışıqlar gedir, transfer başa çatmaq üzrədir. Bunu bir, hətta iki ildir gözləyirəm. Ziyexin mövsümün sonuna qədər komandada qalacağı üçün xoşbəxtəm”.

“Çelsi” yayda Ziyexlə 5 illik müqavilə imzalayacaq.