“Ayaks”dan tarixi qələbə – 13:0

Futbol üzrə Niderland çempionatının 6-cı turu çərçivəsində keçirilən “Venlo” – “Ayaks” matçında tarixi nəticə qeydə alınıb.

Komanda.az xəbər verir ki, “Ayaks” bu görüşdə 13:0 hesablı qələbəyə sevinib.

Bu, “Ayaks”ın tarixində Erediviziyada əldə olunan ən böyükhesablı qələbədir. 13:0 hesablı qələbəyədək paytaxt futbolçuları belə fərqə nail olmamışdı.

Bunadək rekord 1971/72 mövsümündə qeydə alınmayıb. Həmin vaxt “Ayaks” “Vitess”i 12:1 hesabı ilə məğlub edib.

Bu, həm də Erediviziya tarixində ən böyükhesablı qələbədir.

Qeyd edək ki, altı oyuna 15 xal toplamış “Ayaks” hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.