“Ayaks”dan Almaniya klubuna 5 milyon avroluq transfer

Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Hollandiyanın “Ayaks” klubunun müdafiəçisi Deyli Sinkqraveni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hollandiyalı futbolçu ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb. O, yeni komandasında 22 nömrəli formanı geyinəcək.

“Bayer” 23 yaşlı futbolçunun transferi qarşılığında “Ayaks”a 5 milyon avro təzminat ödəyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button