“Ayaks”ın müdafiəçisi Nikolas Taqliafiko yay transfer pəncərəsində komandanı tərk edə bilər.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu “Barselona”ya transfer oluna bilər.
29 yaşlı müdafiəçinin “Ayaks”la müqaviləsi 2023-cü ildə başa çatır.
O, 2018-ci ildən Niderland klubunun formasını geyinir.
Bizi Telegramda izləyin