De Liqtdən “Barselona” açıqlaması: “Pul önəmli deyil”

“Ayaks”dan ayrılacağı gözlənilən Matteys de Liqt İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo” nəşrinə danışan holland müdafiəçi, “Barselona”nın təklifini dəyərləndirməli olduğunu deyib:

“Barselona”ya getmək üçün düzgün zaman olub-olmadığını dəyərləndirməliyəm. Ancaq oynamaq istəyirəm, pul önəmli deyil”.

De Liqtlə “Barselona” ilə yanaşı, PSJ-də yaxından maraqlanır.