“Ayaks”da yeni müqavilə

Niderlandın “Ayaks” klubu sol cinah müdafiəçisi Nikolas Talyafiko ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2023-cü ilin yayına kimi bu komandanın uğurları üçün çalışmağa davam edəcək. Əvvəlki müqavilənin müddəti 2022-ci ilin yayında bitəcəkdi.

Xatırladaq ki, Talyafiko “Ayaks”a 2018-ci ildə ölkəsinin “İndependyente” klubundan transfer olunub. Argentina yığmasının da üzvü olan müdafiəçi, Niderland klubunda 111 rəsmi oyuna çıxıb, 12 qola imza atıb.