“Ayaks”da oynamağa davam edə bilərəm”

Cari mövsümdə “Ayaks”ın heyətində göstərdiyi oyunla diqqətləri üzərinə çəkən yarımmüdafiəçi Hakim Ziyex, gələcək karyerası ilə bağlı açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, bir neçə klubun maraq dairəsində olduğu deyilən 26 yaşlı futbolçu, “Ayaks”da qala biləcəyini deyib:

“Ayaks”da oynamağa davam edə bilərəm. Mən çox seçici insanam. Məni heyətində görmək istəyən, “Ayaks”dan ayrılmağa razı sala biləcək bir klub olmalıdır və bu, heç də asan olmur”.

Hollandiyalı futbolçu ilə “Bavariya”, “Borussiya” (Dortmund), “Roma”, “Tottenhem”, “Arsenal” kimi klubların maraqlandığı deyilir.

“Ayaks”la 2021-ci ilədək müqaviləsi olan futbolçu, bu mövsüm iştirak etdiyi 42 oyunda 19 qol, 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button