“Ayaks” səhv etdi, ən bahalı futbolçusunu iştirak ərizəsinə salmadı

Niderlandın “Ayaks” klubu UEFA Avropa Liqasının oyunları üçün təqdim etdiyi iştirak ərizəsində səhvə yol verib.

Komanda.az xəbər verir ki, Amsterdam təmsilçisi 25 nəfərdən ibarət iştirak siyahısı göndərib, amma ərizəyə futbolçusu Sebastian Allerin adını səhvən daxil etməyib. “Ayaks” hazırda bu səhvi aradan qaldırmağa və futbolçunun adının iştirak ərizəsinə salınmasına çalışır.

Bir müddət əvvəl “Ayaks”a qatılan Aller klub tarixinin ən bahalı futbolçusudur.