63 illik antirekordu təkrarladılar

“Ayaks” Niderland Erediviziyasının 17-ci turunda “Alkmaar”a məğlub olub – 0:1.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, son üç oyunda meydanı qol vurmadan və məğlub tərk edən Amsterdam təmsilçisi antirekordunu təkrarlayıb. Belə ki, “Ayaks” sonuncu dəfə 1956-cı ildə ardıcıl üç oyunda qol vurmadan məğlub olmuşdu.

“Ayaks” son üç oyunda “Villem”ə 0:2, “Valensiya”ya 0:1 və “Alkmaar”a 0:1 hesabıyla uduzub.

“Ayaks” hazırda 41 xalla Erediviziyada liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button