“Ayaks” Babellə yollarını ayırdı – RƏSMİ

Niderlandın “Ayaks” klubu iki futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Erediviziya nəhəngi Rayan Babel və Bruno Varela ilə əməkdaşlığa son qoyub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amsterdam təmsilçisi hər iki futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Ayaks” Niderland millisinin üzvü olan Babeli Türkiyənin “Qalatasaray” klubundan, Varelanı isə Portuqaliya “Benfika”sından icarəyə götürmüşdü.