Babel rəqibinə belə etiraz etdi – video

“Ayaks” Avropa Liqasının 1/16 final mərhələsinin ilk matçında “Xetafe”yə məğlub olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 0:2 hesabıyla bitən qarşılaşmanın 2-ci hissəsində maraqlı hadisə yaşanıb. Belə ki, oyunun 55-ci dəqiqəsində “Ayaks”lı Rayan Babellə ikili mübarizəyə girən “Xetafe”dən Allan Nyom yerdə qalıb. Niderlandlı hücumçu, Nyomun vaxtı uzatdığını düşünərək, onunla zarafatlaşmağa başlayıb.

Hakimin oyunu dayandırmasından sonra Babel də özünü yerə yıxaraq, yuvarlanmağa başlayıb. Hər iki futbolçu ayağa qalxdıqdan sonra Babel rəqibinin yanına gedərək onu tənqid edib.