“Axmaq deyiləm, bunun səbəbini başa düşürəm” – Mourinyo

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo Kristian Eriksenlə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, London klubundakı gələcəyi müzakirə olunan 27 yaşlı futbolçuyla bağlı bunları deyib:

“Eriksen ideal formasında deyil. Axmaq deyiləm, bunun səbəbini başa düşürəm. Onu tənqid etmirəm. Belə vəziyyətdə olan futbolçunun bu cür davranması, ən yaxşı oyununu göstərə bilməməsi normaldır. Yenə də, göstərdiyi oyunla bizə köməyi dəyir”.

“Tottenhem”lə müqaviləsi cari mövsümün sonunda bitəcək Eriksenin “İnter”lə razılığa gəldiyi bildirilir.