Poçettinonun xəyalı

Son olaraq “Tottenhem”i çalışdıran Maurisio Poçettino İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan argentinalı mütəxəssis, “Monako” və “Benfika”dan təklif aldığını deyib:

“Nə “Yuventus”, nə “İnter”, nə də PSJ-dən təklif almışam. Açığı, “Monako” və “Benfika”nın təklifi var idi. Yalan deməyimə ehtiyac yoxdur.

“Barselona”dan da təklif almamışam. Ramon Planeslə yaxın dostluğum var. 2009-cu ildə “Espanyol”dakı tanışlığımızdən bəri yaxşı dostluğumuz var.

Gələcəkdə “Real”da baş məşqçilik edib-etməyəcəyimi bilmirəm. Əlbəttə, bu, mənim xəyalımdır. “Real” hər kəsin xəyalında olan bir klubdur və mən də fərqli biri deyiləm”.