Avtobusun şüşəsini sındırdı – İbrahimoviç

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç klub avtobusunun şüşəsini sındırıb.

Komanda.az xəbər verir ki, hadisə “Atalanta” ilə qarşılaşmadan əvvəl, futbolçular stadiona gedərkən baş verib. Məlumata görə, Zlatan çox həyəcanlı olub və şüşəni döyəcləyirmiş. Zərbənin təsirindən şüşə qəflətən sınıb.

İbrahimoviçin xəsarət alıb-almadığı haqda məlumat verilmir.

Qarşılaşma “Milan”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

40 yaşlı isveçli hücumçu bu mövsüm “Milan”ın heyətində bütün yarışlarda 26 oyuna çıxıb. O, 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2022-ci ilə qədərdir.