Avropa Liqasında yeni antirekord

Avstriyanın “Rapid” (Vyana) klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İngiltərə “Arsenal”ına məğlub olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, London klubuna 1:4 hesabıyla uduzan vyanalılar Avropa Liqasında yeni antirekorda imza atıblar. Belə ki, “Rapid” turnirdə ən çox uduzan komanda olub. Avstriya təmsilçisi Avroliqada 27 dəfə meydanı məğlub tərk edib.

Bundan əvvəlki antirekord Danimarkanın “Rusenborq” klubuna aid idi. Danimarkalılar turnirdə 26 dəfə məğlub olmuşdu.