“Yenə Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdur”

Avstriya millisinin futbolçusu Marko Arnautoviç yığma karyerasını bitirəcəyi tarixi açıqlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı hücumçu, DÇ-2022-dən sonra yığmada çıxış etməyəcəyini açıqlayıb.

Arnautoviç, bu qərarını uzaq səfərlərə getmək istəməməyi ilə əlaqələndirib:

“Sonuncu səfər zamanı 11 saat 20 dəqiqə uçuşda olduq. Bunun 10 saatını yatdım. Yenə Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdur”.

2008-ci ildən Avstriya yığmasında çıxış edən forvard, 84 oyunda 26 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button