Avstriya klubu müflis olduğunu açıqladı

Avstriyanın “Mattersburq” klubu müflis olub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda, maddi çətinlik səbəbiylə klubun iflas olması ilə bağlı müraciət edəcəyi və çempionatdan çəkildiyi bildirilib.  Klub çempionatda iştirak etmək üçün tələb edilən lisenziyadan da imtina edib.

“Mattersburq”un əsası 1922-ci ildə qoyulub.