Amerika kubokuna dəvət olundular – İlk dəfə

Cənubi Amerika Futbol Konfederasiyası 2020-ci ildə keçiriləcək Amerika kuboku turnirinə dəvət edilmiş 2 milli komandanın adını açıqlayıb.

Komanda.az xəbər verir ki, Qətər və Avstraliya 2020-ci ildə keçiriləcək turnirdə iştirak edəcək. Bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb. Amerika kuboku-2020-yə Argentina və Kolumbiya ev sahibliyi edəcək.

Qətər millisi sabah start götürəcək Amerika kuboku-2019 turnirində iştirak edəcək. Avstraliya yığması isə növbəti il, ilk dəfə bu turnirin iştirakçısı olacaq.

Amerika kuboku-2019 15 iyun-7 iyul tarixlərində keçiriləcək.