“Golden boy” mükafatının qalibi məlum oldu

Avropanın ən yaxşı gənc futbolçusuna verilən “Golden boy” mükafatının qalibi məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu, “Atletiko”nun hücumçusu Joao Feliksdir. Portuqaliya millisinin üzvü “Tuttosport” nəşri tərəfindən keçirilən sorğuda 332 səs toplayaraq, 2019-cu ilin ən yaxşı gənc futbolçusu seçilib.

Feliks bu yay 126 milyon avro qarşılığında “Benfika”dan “Atletiko”ya keçib. 20 yaşlı hücumçu bu mövsüm Madrid təmsilçisi ilə 13 oyuna çıxıb və 3 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button