Avropanın ən məhsuldar milli komandası

AÇ-2020-nin qrup mərhələsi çərçivəsində baş tutan Portuqaliyaya qarşı oyun Almaniya millisi üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, Bundestim böyük turnirlərdə vurduğu qolların sayını 302-yə çatdırıb.

Bu oyuna qədər nəhəng turnirlərdə 298 qolu olan almanlar Portuqaliyaya 4:2 hesabıyla qalib gəliblər. Nəticədə bu komanda vurduğu qolların sayını 302-yə çatdırmaqla 300-dən çox qol vurmağı bacaran ilk Avropa təmsilçisi oldu.

Bu oyun Almaniya yığmasının 3-cü qoluna imza atan Kay Haverts üçün də əlamətdar olub. O, millinin tarixinə düşüb. İngiltərənin “Çelsi” klubunun formasını geyinən hücumçu, millinin heyətində qitə çempionatında fərqlənən ən gənc oyunçuya çevrilib. O, 22 yaş 8 günündə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Almaniya millisi həm də tarixində ilk dəfə AÇ-nin qrup matçında 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button