“Golden Boy” mükafatına son 3 namizəd

Avropanın ən yaxşı gənc futbolçusuna verilən “Golden Boy” mükafatına son namizədlər bəlli olub.

Komanda.az xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşri mükafatın qalibi olmağa son üç namizədin adını açıqlayıb. Bunlar Ceydon Sanço (“Borussiya”, Dortmund), Joao Feliks (“Atletiko”) və Kay Havertsdir (“Bayer”, Leverkuzen).

Qalibin adı noyabrın 27-də açıqlanacaq. “Golden Boy” mükafatı isə dekabrın 16-da, Turində keçiriləcək tədbirdə təqdim ediləcək.