Avropanın ən bahalı futbolçuları: Ronaldo “10-luğ”a düşə bilmədi, Messi…

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) Avropanın TOP-5 liqasında çıxış edən ən bahalı futbolçuların adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, 100 futbolçunun yer aldığı siyahıda “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ilk 10-luğa düşə bilməyib.

Siyahıya PSJ-nin 20 yaşlı futbolçusu Kilian Mbappe başçılıq edir. Onun transfer dəyəri 252 milyon avro müəyyən olunub. 2-ci sırada 219,6 milyonla “Liverpul”dan Məhəmməd Salah, 3-cü yerdə isə 207,8 milyonla “Mançester Siti”li Rahim Sterlinq yer alıb.

“Barselona”nın futbolçusu Lionel Messi 167,4 milyonla 4-cü, “Yuventus”lu Kriştiano Ronaldo isə 118,1 milyonla 20-ci sırada yer alıb.

İlk 10 yeri təqdim edirik:

1. Kilian Mbappe (PSJ) – 252 milyon
2. Məhəmməd Salah (“Liverpul”) – 219,6
3. Rahim Sterlinq (“Mançester Siti”) – 207,8
4. Lionel Messi (“Barselona”) – 167,4
5. Ceydon Sanço (“Borussiya”, Dortmund) – 159,4
6. Sadio Mane (“Liverpul”) – 157,8
7. Harri Keyn (“Tottenhem”) – 155,2
8. Roberto Firmino (“Liverpul”) – 144,2
9. Antuan Qrizmann (“Atletiko”) – 143,8
10. Leroy Sane (“Mançester Siti”) – 137,1